Ərzaqlar:
- 20 ədəd orta boy lavaş
- Zövqə görə kərə yağı və ya duru yağ
İçi:
- 3 ədəd orta boy kartof
- 200 qr çəkilmiş ət
- kəklikotu,duz və istiot (zövqə görə)
Hazırlanması:
İlk öncə kartofu yaxşı-yaxşı yuyub soyuruq və çoxda qalın olmayan kubik şəklində doğrayırıq.Çəkilmiş əti həmin kartofa əlavə edirik sonra kəklikotu, duz, istiot əlavə edib əlimizlə yaxşıca qarışdırıb kənara qoyuruq.Sonra orta boy tava götürürük içini yağlayırıq sonra 10 ədəd lavaşları bir-bir yağlayıb gül ləçəkləri şəklində tavaya düzürük. İçinə kənarda hazırladığmız ət-kartof içliyini iki hissəyə bölüb birinci lay səririk daha sonra kənarda qalan lavaşlardan 3-4-nü yağlayıb üzərini sərib qalan içliyidə üzərinə əlavə edirik. Yerdə qalan lavaşlarıda bir-bir yağlayıb üstünə qoyub lavaş ləçəklərini bir-bir bükürük.Üzərinə alüminium qapaq qoyub, 160°-170° qızdırılmış sobada 1-1,5 saat bişiririk.
Комментариев нет:
Отправить комментарий